Bakının Nərimanov rayonu ərazisində “Mercedes” markalı avtomobildə yanğın baş verib.

AzərPeyk-in hadisə yerində olan əməkdaşının sözlərinə görə, Nərimanov rayonu Təbriz küçəsi ilə hərəkətdə olan “Mercedes” markalı avtomobil qəza törətdikdən sonra yanmağa başlayıb. Qəza baş verən kimi, avtomobil alovlanıb. Yaralanmış sürücü avtomobildən dərhal çıxarılaraq, xəstəxanaya aparılıb. Bir qədər sonra avtomobil tamamilə yanıb.

Hadisə yerinə gələn FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğını söndürə biliblər.
AzərPeyk qəzadan görüntüləri təqdim edir:



AzərPeyk

Maqazin


Xəbər lenti

İdman

Maraqlı