“Rabitəbank” ASC-də yeni yaradılmış Biznesin inkişafı Şöbəsinə direktor təyin edilib.

 

“Report” xəbər verir ki, bu vəzifəyə Camid Mövsümov gətirilib.

O, bundan əvvəl “Qafqaz Lizinq”, “TCF” bank olmayan kredit təşkilatı (BOKT), “PAŞA Sığorta” ASC-lərdə işləyib, Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) İdarə Heyətində təmsil olunub.

Xatırladaq ki, "Rabitəbank" 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 48,5 mln. manatdır. Bankın səhmlərinin 23,98%-i Zakir Əlibala oğlu Nuriyevə (Bankın Müşahidə Şurasının sədri), 23,24%-i Aslan Tarqulu oğlu Xasiyevə, 22,12%-i Seyran Əlibala oğlu Nuriyevə (baş direktor), 18,83%-i Dilarə Nəsrəddin qızı Nuriyevaya, 11,34%-i Yaşar Feyzi oğlu Qurbanova ("Meqa Sığorta" ASC-nin 15%-lik səhmdarı), qalan 0,49%-i isə digər fiziki şəxslərə məxsusdur.

 
 

Xəbər lenti